Belarus avtomobil və smartfonların ixracına QADAĞA QOYDUbackend

Belarus avtomobil və smartfonların ixracına QADAĞA QOYDU

Belarusda sentyabrın 23-dən bir sıra sənaye mallarının, o cümlədən avtomobillərin ölkədən kənara çıxarılmasına icazə verilməyəcək.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, məhdudiyyətlər Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrlə ixrac proseslərinə də təsir edəcək.

Sənəddə qeyd edilib ki, siyahıda avtomobillərdən başqa, motosikletlər, velosipedlər, tibbi məhsullar, smartfonlar və nüvə reaktorları da var.

Bildirilib ki, qadağa Belarus və Rusiya mənşəli sertifikatla təsdiq edilən məhsullara, birdəfəlik ixrac lisenziyası olan mallara şamil edilmir.

Qayda gələn ilin mart ayına qədər qüvvədə qalacaq.

Xatırladaq ki, aprel ayında Belarus hakimiyyəti ölkədən qarabaşaq, şəkər, duz, yağ və digər ərzaq məhsullarının ixracını məhdudlaşdırıb. Daha sonra bu qərar sərhədyanı rayonlarda ərzaq məhsullarına tələbatın artması ilə izah edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*