“Qulliver liliputların diskoteykasına gəldi. Qulliverin gülüncünə gəldi, liliputlar isə hoppanıb- düşürdülər. Lap İsfəndiyar Vahbzadənin çıxışındakı kimi”.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sabiq səfir İsfəndiyar Vahabzadənin Vladimir Jirinovski barəsində çıxışı ilə bağlı qeyd edib.
“İki etnik yəhudi Jirinovski və Kisilevə görə rus xalqını təhqir etmək nəyə lazımdır? Nə üçün? Bəlkə kimsə bunu sifariş edib?”, – deyə sabiq nazir Vahabzadəni tənqid edib.
Xatırladaq ki, “Qulliverin səyahətləri” İrland yazıçı Conatan Sviftin 1726-cı ildə tamamladığı satirik romandır.

Əlbəttə İsfəndiyar Vahabzadə rus xalqını donuz adlandırmaqla səhvə yol vermişdir. Hamı biıir ki, Jirinovski nə cürə adamdır, ona baş qoşmaq lazım deyildir…