Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidəki ofisi bağlandıbackend

Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidəki ofisi bağlandı

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndidəki ofisi bağlanıb.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, BQXK-nın Xankəndidəki ofisi fəaliyyətini Bərdə şəhərində davam etdirəcək.

Qeyd edək ki, bu ofisin Xankəndidəki fəaliyyəti uzun müddət rəsmi Bakı tərəfindən etirazla və narahatlıqla qarşılanırdı. Çünki bu ofis MQXK-nın Bakıdakı nümayəndəliyinin deyil, İrəvandakı nümayəndəliyin tabeliyində fəaliyyət göstərirdi. Azərbaycan tərəfi ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə zidd olan bu yanaşmanın aradan qaldırılmasını tələb edirdi.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*