Biləsuvarda NİVA “KamAz”la toqquşdubackend

Biləsuvarda NİVA “KamAz”la toqquşdu

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

NİVA markalı minik avtomobili “KamAz” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1945-ci il təvəllüdlü Xudayar Xudaş oğlu Qulamov və sərnişini, 32 yaşlı oğlu Telman Xudayar oğlu Qulamov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.//Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*