backend

Biləsuvarda transformatorda qəza baş verdi — İki kənd işıqsız qaldı

Biləsuvar rayonunun iki kəndi elektrik enerjisiz qalıb.

KONKRET.az-ın məlumatına görə, ötən gün axşam saatlarından etibarən rayonun Nərimankənd və Səmədabad kəndlərində hazırda elektrik enerjisi yoxdur.

Biləsuvar Elektrik Şəbəkəsindən bildirilib ki, Nərimankəndin elektrik transformatorunda qəza baş verib.

Qeyd olunub ki, bu kəndlərin elektrik təminatı daşıyıcısı xətti eynidir. Yaranmış qəza ilə əlaqədar xətt gərginlikdən ayrılıb.

Qəzanın aradan qaldırılması üçün işlər aparılır, yaxın vaxtlarda işlər tamamlanaraq, kəndlərin elektrik enerjisi bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*