“Bilik günü”ndə valideynlər məktəb binasına buraxılacaq? – RƏSMİ AÇIQLAMAbackend

“Bilik günü”ndə valideynlər məktəb binasına buraxılacaq? - RƏSMİ AÇIQLAMA

“Valideynlər məktəb binasına buraxılmayacaq. Buna səbəb sıxlığın yaranmamasıdır”.

KONKRET.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev onlayn mətbuat konfransında deyib:

“Odur ki, indidən övladlarınıza parta arxasında tək oturacağını deyin və onları hazırlaşdırın. Bütün hallarda ilk dəfə məktəbə gələn şagirdlərin adaptasiya məsələsi ilə məktəblərdə olan psixoloqlar da məşğul olacaq. Amma bütün hallarda biz məktəblilərin valideynlərinin müəllimlərə gül almasını tənzimləyə bilmərik”.

O həmçinin bildirib ki, tədrisin ilk günü müəllimlərə hədiyyə olaraq gül gətirilib-gətirilməməsini tənzimləyə bilmərik. Əgər buna ehtiyac duyulmursa və infeksiya mənbəyi kimi qiymətləndirilirsə, valideynlər bu dəstək olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*