Binəqədi rayonunda gecə yolları belə DAĞITDILAR – VİDEObackend

Binəqədi rayonunda gecə yolları belə DAĞITDILAR - VİDEO

Binəqədi rayonunda ağaclar qanunsuz şəkildə kəsilir.

KONKRET.az lent.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər rayon sakinləri tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Əcəmi Naxçıvanı küçəsində tikinti məqsədi ilə qazıntı işləri aparılıb və yaşıllığa ziyan vurulub.

Videoda hər gün eyni yolla işə gedib-gəldiyini söyləyən xanım qeyd edib ki, dünən axşam hər şey qaydasında olub, qazıntı və ağacların kəsilməsi işləri gecə saatlarında edilib.

Yerli sakin bildirib ki, artıq 2-3 heyva ağacı və başqa iri ağaclar kəsilib. Qarşısı alınmasa, çox güman yerdə qalan 2 çinar da bu gecə kəsiləcək.

Məsələyə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmət aydınlıq gətirib:

Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı müxtəlifcinsli 8 ağacın qanunsuz kəsildiyi və təbiətə 3990 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*