“Bir neçə saat ərzində dünya yaxşı xəbərlər eşidəcək” – Rubiobackend

"Bir neçə saat ərzində dünya yaxşı xəbərlər eşidəcək" - Rubio

Əhəmiyyətli irəliləyiş var, baxmayaraq ki, bu hələ yekun nəticə deyil. Bunu kiçiltmək istəmirəm, amma eyni zamanda qeyd etməliyəm ki, görüləsi hələ müəyyən işlər qalır.

KONKRET.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio İranla mümkün razılaşma barədə danışarkən deyib.

“Bəlkə də qarşıdakı bir neçə saat ərzində dünya, ən azı boğazlarla bağlı yaxşı xəbərlər eşidəcək.

Prezident Trampın sonda İranın nüvə ambisiyaları baxımından daha güclü mövqeyə gəlməsinə səbəb olacaq hansısa razılaşmaya gedəcəyi fikri absurddur. Bu, sadəcə baş verməyəcək.

Onlar Hörmüz boğazına sahib deyillər. Bu, beynəlxalq su yoludur. Hazırda etdikləri isə beynəlxalq su yolundan istifadə edən kommersiya gəmilərini məhv etməklə hədələməkdir. Əgər buna adi bir hal kimi yanaşsaq, dünyanın müxtəlif yerlərində təkrarlana biləcək təhlükəli presedent yaratmış olarıq”, – o bildirib.//axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*