“Biz bütün ərazilərimizi, o cümlədən Krımı azad etməyə hazırlaşırıq” – Ukrayna MNbackend

"Biz bütün ərazilərimizi, o cümlədən Krımı azad etməyə hazırlaşırıq” - Ukrayna MN

“Biz bütün ərazilərimizi, o cümlədən Krımı azad etməyə hazırlaşırıq”.

KONKRET.az xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Ukraynanın müdafiə naziri Aleksiy Reznikov deyib. Müdafiə naziri Ukraynadakı rus ordusunu “sıfırlamağa” söz verib.

O bildirib ki, Kiyevin Qərbdən alacağı yeni silahlar Ukraynaya Krım və Donbas da daxil olmaqla, işğal olunmuş əraziləri geri qaytarmağa imkan verəcək.

“Biz bütün ərazilərimizi, o cümlədən Krımı azad etməyə hazırlaşırıq”, – deyə o qeyd edib.

Nazir bildirib ki, Rusiya Federasiyası ilə döyüşlərdə növbəti itkilərin qarşısını almaq üçün ilk addım vəziyyəti sabitləşdirmək olacaq.

Onun sözlərinə görə, ikinci mərhələ rus qoşunlarını fevralın 24-nə qədər olan mövqelərə qaytarmaqdır.

Yalnız üçüncü mərhələdə Ukraynanın tərəfdaşları ilə ərazilərin, o cümlədən Krımın necə azad edilməsi mövzusunda müzakirələr aparılacaq.

Krımın hərbi yolla qaytarılması cəhdinin olub-olmayacağı ilə bağlı suala Reznikov belə bir variantın nəzərdən keçirilmədiyini deyib.

“Fərqi yoxdur. Çünki onlar (ruslar) bunu Xersonda, Zaporojyedə, Mariupolda da görə bilərlər… Bunlar Ukrayna torpaqlarıdır, Krım da Ukrayna torpağıdır, çalışacağıq ki, müharibəsiz olsun”,- o, müsahibəsində bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*