Bloomberg: “İran ABŞ sanksiyalarına baxmayaraq neft hasilatını artırır”backend

Bloomberg: "İran ABŞ sanksiyalarına baxmayaraq neft hasilatını artırır"

Tehran və Vaşinqtonun nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpasına dair razılığa gələ bilməməsinə baxmayaraq, İran 2020-ci ilin ortalarından neft hasilatını 40% artırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin dərc etdiyi materialda deyilir.

Agentliyin köşə yazarı Xavyer Blasın sözlərinə görə, İran neft hasilatını 2020-ci ilin ortalarında qeydə alınan minimum səviyyələrlə müqayisədə 40% artırıb. Eyni zamanda Tehran həm quruda, həm də tankerlərdə saxlanılan xam neftin böyük hissəsini satdığı üçün ixracı artırıb.

Köşə yazarı bildirib ki, Ağ Ev inflyasiyadan daha çox narahat olduğu üçün İranın neft satışlarına göz yumur.

Vortexa” analitik mərkəzi 2022-ci ilin dekabrında İranın neft satışlarının gündəlik 1,4 milyon barel olduğunu bildirib. Bu da son 3,5 ilin ən yüksək göstəricisidir.

Məqalədə qeyd olunub ki, Çin İran neftinin ən böyük alıcısıdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*