BMT: “Ukraynada 5,7 min dinc sakin həlak olub”backend

BMT: "Ukraynada 5,7 min dinc sakin həlak olub"

Rusiyanın hücumu nəticəsində Ukraynada 5767 mülki şəxs həlak olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı məlumat yayıb.

“Bu günə qədər biz 14 059 mülki insanın zərər çəkdiyini yoxladıq və təsdiqlədik. Döyüşlərdə 5 767 mülki şəxs həlak olub, 8 292 nəfər yaralanıb. Biz bilirik ki, real rəqəmlər daha çox ola bilər”, – deyə BMT-nin Ukraynadakı Monitorinq Missiyasının rəhbəri Matilda Boqner brifinqdə bildirib.

BMT həmçinin müharibə zonasında olan əlilləri təxliyə etməyə çağırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*