BNA-dan sürücülər üçün YENİLİK – FOTObackend

BNA-dan sürücülər üçün YENİLİK - FOTO

İctimai Nəqliyyatda daha bir yeniliyin tətbiqinə başlanılıb.

KONKRET.AZ xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, artıq Mərkəzi Dispetçer Xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülür.

Sürücülər onlara Mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı “sürücü ekranı” cihazları vasitəsilə əldə edir.

İlk belə məlumatlandırma bu gün həyata keçirilib.

Hava şəraiti ilə bağlı sürücülərə yol hərəkətinin təhlükəsizliyi baxımından vacib olan təlimat xarakterli mesajlar göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*