Boliviyada etirazlara polis də qoşuldu – FOTOLARbackend

Boliviyada etirazlara polis də qoşuldu – FOTOLAR

Boliviyada oktyabrın 20-dən başlayan etirazlara polislər də qatılıb.

KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, etirazlarda ölkənin 3 böyük şəhərində – Santa Kruz, Sukre və Koçabambada davam edir. Həmin şəhərlərdəki polislər də etirazçıların tərəfinə keçib.

Hətta cümə günü paytaxt La Pazda keçirilən nümayişlərdə polis də etirazçılarla birlikdə yürüyüb.

Ölkə başçısı bu günə qədər yanlış bir şey etmədiyini deyərək baş verənləri dövlət çevrilişi adlandırıb, onu dəstəkləyənləri etirazlara qarşı mübarizəni dayandırmağa çağırıb.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*