Böyük itkilərdən sonra “kadırovçular” Ukraynadan Çeçenistana QAYITDI – FOTObackend

Böyük itkilərdən sonra “kadırovçular” Ukraynadan Çeçenistana QAYITDI - FOTO

Böyük itkilərdən sonra. “kadırovçular” Ukraynadan Çeçenistana qayıdıb.

KONKRET.az-ın məlumatına görə, Belarusun “Azadlıq” radiosu xəbər verir ki, Ukraynada olduqları müddətdə “kadırovçular” yüzlərlə döyüşçünü itirərək martın 13-də Qroznıya qayıdıb.
Bildirilir ki, fevralın 27-də məlum olub ki, Ukraynaya hücum zamanı Rusiya Çeçenistan Qvardiyasının 141-ci motoatıcı alayının komandiri general Maqomed Tuşayev həlak olub.
Bundan əlavə, fevralın 27-də şəbəkəyə “kadırovçular”ın nəhəng kolonunun videosu daxil olub, başlığında onun Kiyevin şimalında yerləşən ərazidə çəkildiyi göstərilirdi.

Demək olar ki, eyni vaxtda sosial şəbəkələrdə, ehtimal ki, Buçadan bir video yayımlanıb. Səs yazısında yerli sakin məhv edilmiş hərbi texnika kolonunu nümayiş etdirir və deyir: “Bunlar Kadırovun adamlarıdır”.

UTX-nin əks-kəşfiyyatı Kadırovun Ukraynada olmadığını və martın 13-də bir qrup “kadırovçu”nun Kiyev vilayətindən Belarusa, daha sonra isə Çeçenistana çıxarıldığını bildirib.

“Ukraynada onlar ancaq özünü reklam etməklə məşğul idilər”, – UTX-nin məlumatında deyilir.

Qeyd edək ki, “kadırovçular” yüksək məbləğdə pul qarşılığında Ukraynada döyüşmək təklif etsələr də, çeçenlər bu təklifi rədd ediblər.

Xuraman Etibarlı,

KONKRET.az

  • Aslan
    Mart 20, 2022 - 16:31

    Bu sizin savaşınız deyil Çeçenlər, bu nafilə savaşı başladanlar ruslardır. Bu haq ilə haqsızlığın, doğru ilə yanlışın, xeyir ilə şərin svaşıdır. Bu savaşda haqlı və doğru olan tərəf Ukraynadır. Siz Çeçenlər iııərdir rusların basqısəna, zülçünə mruz qalırsınız. Sizin ruslardan ayrəlıb müstəqil olma savaşınız bu yolda haqlı və ədalətli olacaq, müstəqilliyiniz üçün savaşıb həlak olsanız ancaq o zaman şəgid sayılacaqsınız

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*