“Bu, Avropa İttifaqı və NATO üçün açıq təhlükədir” – Andrey Plenkoviç həyəcan təbili çaldı – ÖZƏLbackend

“Bu, Avropa İttifaqı və NATO üçün açıq təhlükədir” - Andrey Plenkoviç həyəcan təbili çaldı - ÖZƏL

“Zaqrebdə pilotsuz təyyarənin qəzaya uğraması Avropa İttifaqı və NATO üçün açıq təhlükədir”.

KONKRET.az “Dnevnik.hr”ə istinadən xəbər verir Xorvatiyanın baş naziri Andrey Plenkoviç belə hesab edir.

Plenkoviçin sözlərinə görə, hazırda Zaqreb şəhəri yaxınlığında, “Jarunda” pilotsuz uçuş aparatının qəzaya uğradığı yerdə araşdırma tamamlanır. O bildirib ki, pilotsuz təyyarə Rumıniya, Macarıstan və Xorvatiya hava məkanını keçib. Ola bilər ki, pilotsuz təyyarə Ukrayna ərazisindən, Krımdan buraxılıb: “Ətrafda bir neçə restoran, yaşayış binası, 4 mindən çox tələbənin olduğu yataqxana var. Xoşbəxtlikdən heç kim xəsarət almayıb. Ancaq dayanacaqda 40-a yaxın avtomobilə ziyan dəyib” – Xorvatiyanın baş naziri vurğulayıb.

Plenkoviç bu hadisənin Aİ və NATO üçün təhlükə olduğunu da qeyd edib. O, əməkdaşlığı intensivləşdirməyə çağırıb: “Bu, təkcə NATO ölkələrinin deyil, Avropa İttifaqı dövlətlərinin ərazilərində də baş verə bilərdi. Bu, Budapeşt, Bratislava və ya Lyublyana ola bilərdi. Biz bu kimi hadisələrin vaxtında qarşısını almaq üçün əməkdaşlığı gücləndirməliyik. Bunun bir təsadüf, yaxud qəsd olduğunu hələlik bilmirik” – baş nazir əlavə edib.

O, deyib ki, müvafiq orqanlar hazırda bu təyyarədə faydalı məlumatların olub-olmadığını öyrənməyə çalışırlar: “Biz bu vəziyyətə dözə bilmərik. Bu, aydın və birmənalı təhdid idi və qarşısı alınmalıdır. Biz bu hadisənin bir daha təkrarlanmamasını təmin etməliyik. NATO-nun bütün orqanlarında çıxış edəcəyik və bu barədə danışacağıq” – Plenkoviç bildirib.

Xorvatiyanın baş nazirinin sözlərinə görə, pilotsuz uçan aparat çox sürətlə hərəkət edir. Xatırladaq ki, daha əvvəl Jitomir vilayətində Rusiyanın “Forpost” pilotsuz təyyarəsinin vurulduğu haqda məlumat yayılmışdı.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*