Bu dəfə azərbaycanlı polis mayorunu döydü – RUSİYADAbackend

Bu dəfə azərbaycanlı polis mayorunu döydü - RUSİYADA

Moskva vilayətində azərbaycanlı polis mayorunu dayanacaqda onun yerini tutduğu üçün döyüb və xəsarətlər yetirib.

KONKRET.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, insident Ximki şəhərində baş verib. Ötən gün iyunun 1-də polis mayoru Roman Bakirov həmkarları ilə birlikdə xidməti “Priora” avtomobilində çağırışa gedib və Burdenko küçəsindəki binalardan birində park edib. Bu zaman azərbaycanlı Ramil İsmayılov öz cipində onlara yaxınlaşıb, siqnal verib və söyüş söyməyə başlayıb. Polislərdən tələb edib ki, maşını başqa yerə park etsinlər, çünki bura onun yeridir.

Mayor Bakirov maşından düşüb, izah edib ki, xidmət üzrə əraziyə gəliblər. İsmayılov isə buna əhəmiyyət verməyib, polis zabitinin başından yumruq zərbələri endirib. Mayorun həmkarları dərhal onun qollarını burublar və şöbəyə aparıblar. Xəstəxanada polis zabitinə qapalı kəllə-beyin travması, sıyırq və cızıqlar diaqnozu qoyulub. Vilayətin istintaq idarəsi polisə hücum faktı ilə bağlı cinayət işi qaldırmağa hazırlaşır. Ramil İsmayılovun həbsi gözlənilir.

Polislər ehtimal edir ki, həmin şəxs narkotikin təsiri altında olub, çünki o, olduqca aqressiv, hədsiz hərəkətli və cəld hərəkət edirdi./virtualaz/

Xatırladaq ki, bu günlərdə Rusiyada yol patrul polisinin zabiti gənc azərbaycanlını xidməti silahı ilə güllələyərək öldürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*