Bu dövlət şirkətləri də İnvestisiya Holdinqinin idarəetməsinə verildi – SİYAHIbackend

Bu dövlət şirkətləri də İnvestisiya Holdinqinin idarəetməsinə verildi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında Sərəncam imzalayıb.

KONKRET.azın məlumatına görə, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək, İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinə isə Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*