“Bu hakimiyyət nəinki heç nəyə qadir deyil, həm də savadsızdır” – Koçaryanbackend

"Bu hakimiyyət nəinki heç nəyə qadir deyil, həm də savadsızdır" - Koçaryan

“Bu hakimiyyət nəinki heç nəyə qadir deyil, həm də savadsızdır”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu mətbuat konfransında siyasətçi Karen Koçaryan hakimiyyətin yürütdüyü siyasətə toxunaraq deyib.

“Mən hesab etmirəm ki, bu hakimiyyətin hərəkətləri planlıdır, sadəcə olaraq savadsızdırlar. Onlar nəinki heç nəyə qadir deyillər, savadsızdırlar və koordinasiyalı nəsə edə bilmirlər.

İndiyə qədər biz yalnız onların xeyrinə olmayan hərəkətləri görürük, çünki onların addımları mövqelərini gücləndirməlidir, gördüyümüz kimi, əksinə” olur. Onların ikiüzlülüyü yenə də zəiflik əlamətidir, onlar öz zəiflikləri haqqında danışanda da ikiüzlü davranırlar”, – deyə  Koçaryan qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*