Bu ölkədə BMT qərargahına hücum edildibackend

Bu ölkədə BMT qərargahına hücum edildi

Konqonun şərqində yerləşən nümayişçilər Qoma şəhərində BMT-nin missiyasının binalarına və anbarlarına hücum ediblər.

KONKRET.az xəbər verir ki, etirazçılar Şimali Kivu əyalətindən BMT sülhməramlılarının çıxarılmasını tələb edirlər.

Nümayiş bir neçə ictimai təşkilatın, o cümlədən qadın təşkilatlarının təşəbbüsü ilə keçirilib. Onlar BMT-ni ölkənin bu hissəsində əhalinin təhlükəsiz yaşaması üçün şərait yaratmamaqda ittiham edir.

Əhalisi 700 min nəfərə çatan şəhərdə mağazalar, bazarlar, banklar və kommersiya şirkətlərinin ofisləri bağlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*