Bu sabiq məmurlar məhkəmə qarşısına çıxarılacaqbackend

Bu sabiq məmurlar məhkəmə qarşısına çıxarılacaq

Gömrük prosedurları müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

KONKRET.az xəbər verir ki, cinayət işi ilə bağlı materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Fəhmin Hümbətovun sədrliyi ilə baxılır və hazırlıq iclasının vaxtı noyabrın 20-nə təyin edilib.

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Gömrük Komitəsinin birgə həyata keçirdiyi tədbirlər nəticəsində Bakı Baş Gömrük İdarəsinin Gömrük Qiymətləndirilməsi İdarəsinin müfəttişi Məzahir İsmayılov, Quba Gömrük İdarəsinin rəisi Elşən Abdullayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Xaçmaz rayon şöbəsi və “ƏR TRANSPORT” MMC-nin faktiki rəhbəri Ədalət Quliyevlə əlbir olaraq qanunsuz hərəkətlərə yol verməsi barədə əsaslı şübhələr müəyyən edilib.

Xaricdən gətirilən avtomobil hissələrinin gömrükdən keçirilməsinə süni maneələr yaradıldıqdan sonra müayinə zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər avtomobil hissələrinə gömrük nəzarətini həyata keçirmək üçün vətəndaşdan 8000 manat rüşvət alıblar.

Başlanmış cinayət işi çərçivəsində Məzahir İsmayılov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.3-cü maddələri (külli miqdarda rüşvət alma) ilə ittiham olunub. Məhkəmənin qərarı ilə hər üçü barəsində həbs qətimkan tədbiri seçilib.

 

mənbə: haqqın.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*