Bu şəxslərə mənzil veriləcək – ŞAD XƏBƏRbackend

Bu şəxslərə mənzil veriləcək - ŞAD XƏBƏR

Prezident İlham Əliyevin bu gün imzaladığı yeni sərəncamlar şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin ölkə Prezidentinin daim diqqət mərkəzində olduğunu və onların yüksək qayğı ilə əhatə olunduqlarını bir daha göstərir.

KONKRET.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən verilən məlumata görə, “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam həmin maliyyələşdirmə müddətinin uzadılmasını nəzərdə tutur. Bu məqsədlə əvvəlki sərəncamın 1-ci hissəsindəki “2022-ci və 2023-cü” sözləri “2022–2025-ci” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, mövcud qanunvericilikdə dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqlarından formalaşan sığorta vəsaitindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi istiqaməti üzrə də istifadə edilməsi nəzərdə tutulub.

Dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” yeni sərəncamında isə əvvəlki sərəncamın 1.2-ci bəndindəki “2020–2022-ci” sözlərinin “2020–2023-cü” sözləri ilə əvəz edilməsi tapşırılır.

Beləliklə, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2023-cü ildə aparılmış hərbi əməliyyatlar zamanı ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur.

  • Dadashov ilkin
    Fevral 16, 2024 - 19:13

    Bir evi olmayan vətəndaş, müharibə veteranı kimi bilmək istərdim ki, nəvaxtsa planda evi olmayan müharibə veteranlarına da ev verilməsi nəzərdə tutula bilərmi? Misalçün 2.ci Dünya Müharibəsi veteranları kimi

  • İmran
    Fevral 16, 2024 - 23:27

    Salam hər vaxtınız xeyir olsun. Hərbi xidmət vəzifələrini xidməti vəzifələrinin yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şərtlərədə aiddirmi dövlət başçısının verdiyi sərəncam?

  • Behruz
    Fevral 17, 2024 - 17:31

    Nece illerdi Mingecevirde ev novbesindeyik. Sehid ailesiyik. Niye Mingecevir sehid aileleri menzille temin olunmur?

  • Rüstəm
    Fevral 18, 2024 - 17:31

    Müharibənin bitməsindən artıq 4 il ötür. Bakı, Sumqayıt şəhərlərini çıxmaq şərtilə hələdə digər rayon və şəhərlərdə şəhid ailələri və müharibə əlilləri mənzil və ya fərdi yaşayış evi ilə təmin olunmaqda çətinlik çəkir. Sosial Müdafiəsi Nazirliyinin bizlərə də rəhmi gələr nə vaxtsa inşallah!

  • Əhmed Hüseynov
    Fevral 21, 2024 - 23:46

    1993-ci ildə qardaşım Hüseynov Elnur Ağasən oğlu şəhid olub. 2007-ci ildən ev novbəliyindəyiy hələdə ev verməyiblər.Doymədiyimdə qapı qalmayıb.Mən başa düşə bilmirəm bu qanun bizə niyə şamil edilmir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*