Bu şirkət Rusiyada istehsalı DAYANDIRDIbackend

Bu şirkət Rusiyada istehsalı DAYANDIRDI

ABŞ-ın “PepsiCo” şirkəti Rusiyada “Pepsi”, “7UP” və “Mountain Dew”  içki brendlərinin istehsalını dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters”ə şirkətin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Rusiyada bu içkilər üçün konsentratların bütün ehtiyatları tükənib və istehsal dayandırılıb.

Qeyd edək ki, martın 9-da “PepsiCo” şirkəti Rusiyada sərinləşdirici içkilərin satışını və reklam fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib.

İyul ayında şirkətin rüblük hesabatında Rusiyadakı aktivlərinin dəyərsizləşməsi səbəbindən itkiləri 1,17 milyard dollar qiymətləndirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*