backend

"Bu templə Dağlıq Qarabağı və ətraf rayonlarımızı işğaldan azad edəcəyik"

“1994-cü ildə atəşkəs elan olunduğu gündən Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əməl edir”.

Bunu KONKRET.az-a danışan deputat Bəhruz Məhərrəmov bildirib.

Deputat qeyd edib ki, ölkəmiz münaqişənin nizamlanmasına və döyüşlərin başlamaması üçün çox səy göstərdi: “Azərbaycan münaqişənin nizamlanması istiqamətində özünün sülhpərvər məramını hər zaman ifadə edir. Amma Ermənistan atəşkəsin olmasına baxmayaraq, 26 ildə mülki əhalini və yaşayış məntəqələrini atəşə tutur. Hətta ağır artilleriyadan istifadə edərək hücumlar edir. Nəticədə onlarla uşaq, qadın, yaşlı vətəndaşlarımız həlak olub. Təbii ki, bu, beynəlxalq hüququn pozulmasıdır.

Azərbaycan dəfələrlə Ermənistanı və beynəlxalq təşkilatları xəbərdar etdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri məsələdən tam məlumatlı idilər. Bu günə kimi bir dəfə də olsun Azərbaycan ərazilərindən çıxması və işğala  son qoymaqları ilə bağlı Ermənistana bir dəfə də olsun təzyiq edilməiyib”.

Deputat vurğulayıb ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi və başqa sənədlər olsa da, bir dəfə də olsa Ermənistandan beynəlxalq hüquqa əməl etməsini tələb edən yox idi: “Nəhayət ki, Azərbaycan dövlətinin başçısı xalqın istəyinə uyğun olaraq əks-hücum əmri verdi. Bu əks-hücum əməliyyatı ordumuzun uğurlu əməliyyatları ilə müşahidə olunur. Aparılan bütün əməliyyatlar yalnız və yalnız Azərbaycan sərhədləri çərçivəsindədir. Azərbaycan ikinci bir ölkənin sərhədlərinə daxil olmayıb. Belə bir niyyəti yoxdur. Ordumuzun hədəfində mülki əhali deyil. Yalnız hərbiçilər və Azərbaycana silah tuşlayan şəxslərdir. Bu gün ordumuz beynəlxalq hüquq normalarına əməl edərək hərbi əməliyyatlarını davam etdirir. Ümid edirəm ki, ordumuz  bu templə Dağlıq Qarabağı və ətraf rayonlarımızı işğaldan azad edəcək”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*