Aprelin 24-də ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri barədə danışarkən “soyqırım” ifadəsini işlətməsindən sonra qardaş ölkənin şou-biznes nümayəndələri ermənilərə dəstək paylaşımı edib.
KONKRET.az xəbər verir ki, belə məşhur simalardan aktrisa Hazar Ergüçlü, Nazlı Bulut, Meriç Aralı misalı göstərmək olar.
Tanınmış aktrisa Hazar Ergüçlü “soyqırımı simvolu”nu instaqramda paylaşaraq “bəzi yaralar zamanla sağalmır” yazıb.

Nazlı Bulut, Meriç Aral da sözügedən “simvol”u paylaşaraq ermənilərə dəstək olub.
Hər 3 şəxsin bu addımı ölkədə sosial medianın gündəmini zəbt edib, onların ünvanına tənqidi şərhlər yazılıb.
