Bu valideynlər məsuliyyətə cəlb oluna bilər – DİQQƏTbackend

Bu valideynlər məsuliyyətə cəlb oluna bilər - DİQQƏT

Hələ də övladını müayinəyə aparmayan, peyvənddən yayındıran valideynlər var.

KONKRET.az xəbər verir ki, bunu “Uşaq hüquqlarının tribunası” mövzusunda keçirilən tədbirdə Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova deyib.

“Nəzərdə tutulub ki, uşaqlarını vaxtında müayinəyə, peyvəndə gətirməyən valideynlər məsuliyyətə cəlb olunsunlar, onlarla danışıqlar aparılsın. Bu istiqamətdə maarifləndirmə tədbirlərinə ehtiyac var”, – o qeyd edib./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*