“Baş nazir Nikol Paşinyanın “Ermənistan heç vaxt Hay Dat siyasəti aparmayıb və Ermənistan-Türkiyə sərhədini şübhə altına almayıb” deməsi daha bir ağır cinayətin təsdiqidir”.
KONKRET.az “Aysor.am”a istinadən xəbər verir ki, bu fikirləri “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan keçirdiyi brifinqdə səsləndirib:
“Səsləndirilən fikirlər cəhalət və səhlənkarlığın təzahürü kimi qiymətləndirilə bilər. Amma bu, erməni xalqına və dövlətçiliyinə qarşı yönəlmiş bəyanatdırsa, o zaman vətənə xəyanətin növbəti təzahürü kimi dəyərləndirilməlidir” – Minasyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
