Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində yolda təmir işləri aparılır.
Bu barədə KONKRET.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Sürücülərdən həmin ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
