“Bu zənglərə inanmaq və etibar etmək olmaz” – İT mütəxəssisindən AÇIQLAMAbackend

“Bu zənglərə inanmaq və etibar etmək olmaz” – İT mütəxəssisindən AÇIQLAMA

Son dövrlərdə insanlara özünü müxtəlif mobil operatorların rəsmi nümayəndəsi kimi təqdim edən şəxslər zəng edir və ya mesaj yazır. Bu şəxslər abonentlərə müxtəlif təkliflər edirlər. Bəzi insanlar da onların mobil operatorların rəsmi nümayəndəsi olduğuna inanır. Artıq bu haqda sosial şəbəkə istifadəçiləri də öz narazılıqlarını bildirir. Bəs belə insanlarla necə mübarizə aparmaq olar?

Mövzu ilə bağlı KONKRET.az-a danışan informasiya texnologiyaları mütəxəssisi Şaiq Muradov bildirib ki, abonentlərə müxtəlif nömrələrin satışı məqsədilə zəng edilir və ya mesajlar yazılır: “Satış üçün bəzən insanlara zəng edib onun nömrəsinin digər operatordakı qarşılığını almağı təklif edirlər. Beləliklə insanlardan pul almaq istəyirlər. Hətta bəzi hallarda abonentin nömrəsinin 4G-ni dəstəkləmədiyini bildirirlər və  buna görə də nömrəni yeniləmək lazım olduğunu deyirlər. Belə hallar çox olur. Lakin bu zənglərə inanmaq və etibar etmək olmaz”.

Ekspertin sözlərinə görə, zəng edən şəxslər rəsmi nümayəndə deyil: “Əgər kimsə öz nömrəsinin başqa mobil operator versiyasını istəyirsə, o zaman həmin şəxsin təklif etdiyi nömrəni ala bilər. Burada heç bir təhlükəli məqam yoxdur. Sadəcə qarşı tərəfdə güvən yaratmaq üçün onlar özünü rəsmi nümayəndə kimi təqdim edirlər. Heç bir mobil operatorun rəsmi nümayəndəsi abonentə belə bir təklif göndərmir. Nömrə almaq istəməyən şəxslər bu zənglərə və mesajlara cavab verməməlidir. Həmçinin, gələn zənglər və mesajlar əngəllənməlidir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*