“Bütün Qərb şirkətləri Rusiyadan çıxmalıdır” – Marinbackend

"Bütün Qərb şirkətləri Rusiyadan çıxmalıdır" - Marin

Ukraynanı işğal etdiyinə görə bütün Qərb şirkətləri Rusiyadakı fəaliyyətlərini dayandırmalıdırlar.

KONKRET.az xəbər verir ki, bunu Finlandiya Baş naziri Sanna Marin deyib.

Onun sözlərinə görə, Finlandiya Rusiyaya qarşı yeni sanksiyalara hazırdır.

“Ukraynada hər gün insanlar ölür və biz bu müharibəni bitirməliyik. Bunun üçün öz rahatlığımızı qurban verməyə hazır olmalıyıq. Rusiya qəddar və qeyri-insani müharibə aparır”, – Marin bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*