Bütün seçki məntəqələri tam hazır vəziyyətə gətirildibackend

Bütün seçki məntəqələri tam hazır vəziyyətə gətirildi

Bütün seçki məntəqələri səsvermə üçün tam hazır vəziyyətə gətirilib.

KONKRET.AZ xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün seçkilərə həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, seçkilər elan edildikdən sonra MSK tərəfindən lazımi tədbirlər görülüb.

M.Pənahov bildirib ki, MSK və dairə seçki komissiyaları bütün addımları Seçki Məcəlləsinin tələblərinə uyğun atıb.

MSK sədrinin sözlərinə görə, parlament seçkiləri 5573 daimi seçki məntəqəsində baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*