Canlı yayımda intihara cəhd edən qazi xəstəxanaya yerləşdirildibackend

Canlı yayımda intihara cəhd edən qazi xəstəxanaya yerləşdirildi - RƏSMİ AÇIQLAMA

Canlı yayımda intihara cəhd edən qazi Bəhram Nuriyev xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Musavat.com-a DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Elşad Hacıyev bildirib ki, hadisə barədə məlumat əldə etdikdən dərhal sonra həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində Bəhram Nuriyevin yeri müəyyən edilib.

DİN rəsmisi bildirib ki, B.Nuriyev polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, B.Nuriyev bir neçə dəqiqə əvvəl özünün feysbuk səhifəsində açdığı canlı yayımda damarlarını kəsib. O, səhhətində yaranan problemlə bağlı aidiyyəti qurumların doğru rəy vermədiyini, psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı qərarın ədalətsizlik olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*