Ceki Çan koronavirusun müalicəsi üçün 197 min dollar verəcəkbackend

Ceki Çan koronavirusun müalicəsi üçün 197 min dollar verəcək

Hollivudun Honkonqlu aktyoru Ceki Çan koronavirusun müalicəsi üçün 1 milyon yuan (197 min dollar) verəcək.

KONKRET.az-ın xəbər verir ki, bu haqda məlumatı “Strait Times” nəşri aktroyun “Weibo”da yazdığı statusuna istinadən yayıb.

Ceki Çana görə, elm və texnologiya virusu məhv etmək iqtidarındadır.

Aktyor antidot hazırlayan hər kəsə təşəkkür etmək istədiyini və 1 milyon yuan ödəməyə hazır olduğunu söyləyib. O, dərmanın tez bir zamanda hazırlanacağına ümid etdiyini də bildirib.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda insanların koronavirusa yoluxduğunu elan edib. Xəstəlik “2019-nCoV” virusunun yeni bir növüdür.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*