“Cənab Paşinyan, Qarabağsız Ermənistanın olmadığını deyə bilərsinizmi?” – Kazinyanbackend

"Cənab Paşinyan, Qarabağsız Ermənistanın olmadığını deyə bilərsinizmi?" - Kazinyan

“Cənab Paşinyan, Qarabağsız Ermənistanın olmadığını deyə bilərsinizmi?”

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu sualı Koçaryanın “Ermənistan” fraksiyasından olan deputat Artur Kazinyan verib. O, Paşinyandan Qarabağsız Ermənistanın olmadığı barədə bəyanatını təkrarlamağı xahiş edib.

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağsız Ermənistanın olmadığını bəyan etməkdən imtina edib. Paşinyan cavab verməkdən yayındıqdan sonra deputat yenidən soruşub: “Siz Qarabağsız Ermənistanın olmadığını təsdiq etməkdən imtina edirsinizmi?”

Paşinyan ona sərt cavab verib.

“Biz nəyi məqsədəuyğun hesab ediriksə, onu bəyan edirik. Nə bəyan ediriksə, hökumətin proqramında göstərilib. Əgər yaddaş probleminiz varsa, onu açın, oxuyun və əzbərləyin. Bizə deməyin ki, bu və ya digər təklifi təkrarlayın. Ermənistanın Baş nazirinin sizin “ötürmə”lərinizə ehtiyacı yoxdur”, – Paşinyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

 

  • Ramil
    Yanvar 20, 2022 - 22:35

    Bu bədbəxt ermənilər başa düşmür ki onların heç vaxt tarixi torpağı olmayıb. Hələ də bunlar xəyallar ilə yaşayır. Bilmirlər ki 50il sonra heç ermənistan olmayacaq. Qarabağ heç vaxt ermənistanın olmayıb olmayacaq da. Tarixi Azərbaycan torpaqlarında Rusiya erməni dövləti yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*