“Cənubi Qafqazda kommunikasiyaların açılması sülh və sabitliyə töhfə verəcək”  – Mirzoyanbackend

"Cənubi Qafqazda kommunikasiyaların açılması sülhə töhfə verəcək" - Mirzoyan

“Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması sülh və sabitliyə töhfə verəcək”.

KONKRET.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komanesku ilə görüşündə belə deyib.

O bildirib ki, regional marşrutların işləməsi Cənubi Qafqazın qlobal nəqliyyat şəbəkəsinə inteqrasiyasına imkan verəcək.

“Ermənistan regional inteqrasiya və əməkdaşlıq üçün mühüm platforma kimi QDİƏT-ə böyük ümidlər bəsləyir. Bu məsələlər Ermənistan höküməti üçün prioritet olacaq”, – deyə Mirzoyan əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*