CHP qərargahında ara qarışdı – Özgür Özel binadan çıxarıldıbackend

CHP qərargahında ara qarışdı - Özgür Özel binadan çıxarıldı

Özgür Özel CHP qərargahından çıxarılıb.

KONKRET.az xəbər verir ki, polis əməkdaşları CHP qurultay işi ilə bağlı Ankara məhkəməsinin qərarını çatdırmaq və Özgür Özelin binadan çıxmasını təmin etmək üçün Cümhuriyyət Xalq Partiyasının qərargahının 12-ci mərtəbəsinə qalxıblar.

Özgür Özel də binanın 12-ci mərtəbəsində olub Bu vaxt Kamal Kılıçdaroğlunun vəkili Cəlal Çelik də CHP qərargahına gəlib. Özelin partiya qərargahının 12-ci mərtəbəsində ona verilən bildirişi cırdığı bildirilir.

Bir müddət sonra Özel polis müşayiəti altında CHP qərargahını tərk edib. O, partiya binasından çıxarkən “Biz gedirik, amma tezliklə geri qayıdacağıq” deyib.

CHP qərargahının qarşısında gərgin hadisələr baş verərkən, Ankara meri Mənsur Yavaş “CHP qurultayının 45 gün ərzində keçirilməli olduğunu” bildirib.

Həbs edilən İstanbul meri Əkrəm İmamoğlu da Cümhuriyyət Xalq Partiyasının (CHP) qərargahında polis əməliyyatı ilə bağlı şərh verib. Sosial mediada dərc olunan açıqlamada İmamoğlu CHP üzvlərini “mübarizəyə qalxmağa” çağıraraq məhkəməni və hökuməti “çevriliş cəhdi”ndə günahlandırıb.

“Heç birimiz bu çevrilişi qəbul etməyəcəyik. Ayağa qalxın – ya bu gün, ya da heç vaxt”, – deyə İmamoğlu bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*