Qazaxıstan və Çin bir-birinin sürücülük vəsiqələrini qarşılıqlı tanımaq niyyətindədir.
KONKRET.az xəbər verir ki, bu, Qazaxıstan Daxili İşlər Nazirliyinin hazırladığı qərar layihəsindən məlum olur.
Razılaşma yalnız minik avtomobillərinə aid olacaq və layihə 30 avqusta qədər ictimai müzakirəyə çıxarılıb.
Hazırda Qazaxıstan vətəndaşları Çində avtomobil idarə etmək üçün müvəqqəti sürücülük vəsiqəsi almalı, həmçinin öz sürücülük vəsiqələrini tərcümə etdirərək notarial qaydada təsdiqlətməlidirlər.
Qeyd edək ki, 25 iyul 2026-cı il tarixindən etibarən Qazaxıstan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasına dair saziş qüvvəyə minib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
