Çin koronavirusa qarşı mübarizə üçün 71,85 milyard yuan (10,26 milyard dollar) ayırıb.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi Çin Maliyyə Nazirliyinin açıqlamasına istinadən yayıb.
Vəsait vətəndaşlar üçün diaqnostika və müalicənin mümkünlüyünü təmin etmək, bölgələrdə virusla obyektiv mübarizəyə istifadə olunacaq.
31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda vətəndaşların kornovirusa yoluxduğunu elan edib. Xəstəlik “2019-nCoV”un yeni bir növüdür.
Babək Göyüş
KONKRET.az