Çinin Şansi əyalətində ikimərtəbəli hotel binasının (“Xiyuan Hotel”) çökməsi nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.
KONKRET.az-ın xəbərinə görə, bu barədə “Sinxya” agentliyi məlumat verib.
Məlumata görə, dağıntılar altından tapılan 7 nəfər ağır xəsarət alıb. 21 nəfərin yaralandığı bildirilir.
Xilasetmə əməliyyatı başa çatdıqdan sonra hadisənin baş vermə səbəblərini araşdırmaq üçün komissiya yaradılıb.
***
Çinin Şansi vilayətində hotel binasının çökməsi nəticəsində azı iki nəfər ölüb, təxminən 10 nəfər dağıntılar altında qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər, həkimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
