Çində rus pilotların kütləvi şəkildə işdən çıxarılmasının səbəbi açıqlandıbackend

Çində rus pilotların kütləvi şəkildə işdən çıxarılmasının səbəbi açıqlandı

Rusiya pilotlarının Çin aviaşirkətləri tərəfindən kütləvi şəkildə işdən çıxarılmasının səbəblərindən biri koronavirus səbəbiylə sərnişin axınının azalmasıdır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı keçmiş təyyarə komandiri və təhlükəsizlik mütəxəssisi Aleksandr Romanov bildirib.

Ura.ru nəşri yazır ki, Çin şirkətləri yerli mütəxəssislər yetişdirmək üçün Rusiyadan pilotları işə götürüblər.

Romanov bildirib ki, hazırda rus pilotları Çində kifayət qədər kadr hazırlayıb.

Qeyd edək ki, Çin aviaşirkətləri əcnəbi pilotları kütləvi şəkildə işdən qovur. Rusiya pilotları da bu baxımdan işlərini itirirlər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*