Conson Kiyevə gizli qatarla gedib – VİDEObackend

Conson Kiyevə gizli qatarla gedib - VİDEO

Böyük Britaniyanın Baş naziri Boris Conson Polşadan gizli qatarla Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gedib.

KONKRET.az xəbər verir ki, jurnalistlər baş nazirin səfəri barədə yalnız onun Kiyevə gəlişindən sonra xəbər tutublar.

Kiyevə səfərindən sonra Boris Consonun Polşadan birbaşa olaraq Ukraynanın paytaxtına “fantastik qatar”la gəldiyini söylədiyi video yayımlanıb.

Böyük Britaniya hökumətinin başçısı Ukrayna dəmiryolçularına müraciət edib və onlara minnətdarlığını bildirib.

Qeyd edək ki, Vladimir Zelenski ilə Boris Conson arasında aprelin 9-da görüş baş tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*