ABŞ-ın ölkəmizdəki səfirliyi ümummilli lider Heydər Əliyevlə amerikalı həmkarı Corc Buş arasında keçirilən tarixi görüşlə bağlı paylaşım edib.
KONKRET.az-ın məlumatına görə, səfirliyin “Facebook” hesabında edilən paylaşımda bildirilib ki, görüş Heydər Əliyevin ABŞ-a işgüzar səfəri zamanı baş tutub.
Görüş zamanı Prezident Buş 2001-ci ilin 11 sentyabr hücumlarından sonra Əfqanıstanda hərbi əməliyyatların keçirilməsi üçün Azərbaycanın hava məkanının istifadəsinə görə Prezident Əliyevə təşəkkürünü bildirmişdir.
