COVID-19-dan sağalanlar da peyvəndlənəcək? – RƏSMİbackend

COVID-19-dan sağalanlar da peyvəndlənəcək? - RƏSMİ

“Biz 2 milyon insan üçün 4 milyon vaksin almışıq”.

KONKRET.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

“Vaksin bir insana iki dozada vurulur. “Sinovac” şirkətinin regional nümayəndəsi vasitəsilə 4 milyon doza almışıq. Azərbaycana hələ bunun az bir hissəsi gətirilib, onlar istehsal etdikcə qalanları da gətiriləcək.

Çoxtərəfli platformada isə əhalinin 10 faizi, yəni 1 milyon adam üçün 2 milyon doza alınması ilə bağlı müqavilə imzalanıb. Əlavə olaraq 10 faiz də artırmaq imkanımız var”.

O bildirib ki, virusa yoluxub sağalan insanlara vaksin vurulmur: “Çünki onlarda artıq immunitet var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*