“Çukur”un məşhur aktyoru İzmir zəlzələsində yaxınını itirdi – FOTOLARbackend

"Çukur"un məşhur aktyoru İzmir zəlzələsində yaxınını itirdi - FOTOLAR

İzmirdə baş verən güclü zəlzələdə yaxınlarını itirənlərdən biri də Türkiyənin məşhur aktyoru Rıza Kocaoğludur.

KONKRET.az xəbər verir ki, dağıntılar altından Rıza Kocaoğlunun dostu Ali Çağın Kaygusuzun da cansız bədəni çıxarılıb.

Aktyor dostunun ölüm xəbərini elə hadisə yerində alıb.

O, özünün instagram səhifəsində dostu ilə çəkdirdiyi fotosunu paylaşaraq “Sən bizim bitməyəcək şeirimizsən Ali” şərhini yazıb.

Qeyd edək ki, Rıza Kocaoğlu azərbaycanlıların da maraqla izlədiyi “Çukur” serialında “Aliço” obrazını canlandırır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*