Daha bir bələdiyyə sədri cəzalandırıldıbackend

Daha bir bələdiyyə sədri cəzalandırıldı

Ağdaşda sanitar-gigiyena qaydalarının pozulmasına görə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə tədbirlər keçirilib.

Tədbirlər zamanı Pirkəkə kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*