Daha bir nazirlik 5 nəfərin qətli ilə bağlı məlumat yaydıbackend

Daha bir nazirlik 5 nəfərin qətli ilə bağlı məlumat yaydı

Bakı şəhərinin Suraxanı rayonunda iki nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə əraziyə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1-i uşaq olmaqla 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki,  bu gün atasını, anasını və qardaşını öldürən 1999-cu il təvəllüdlü Əhməd Əhmədov Suraxanı rayonunda bacısını və onun azyaşlı övladını da qətlə yetirib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı – 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.

Qətlə yetirilən qız uşağının 5 yaşı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*