Daha bir şəhid atası vəfat etdibackend

Daha bir şəhid atası vəfat etdi

Vətən müharibəsi şəhidi İlkin Ağakişiyevin atası vəfat edib.

KONKRET.az xəbər verir ki, xəstəlikdən əziyyət çəkən şəhid atası Elxan Ağakişiyev ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü İlkin Ağakişiyev evin tək oğul övladı olub. O, 8 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində şəhid olub və nəşi bir müddət sonra tapılaraq 27.11.2020-ci ildə Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında izdihamla dəfn olunub.

Ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” , “Vətən uğrunda” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*