Danışıqların üçüncü ölkələrdə aparılmasına ehtiyac yoxdur – Türkiyə XİNbackend

Danışıqların üçüncü ölkələrdə aparılmasına ehtiyac yoxdur - Türkiyə XİN

“Rəsmi Ankara İrəvanla danışıqların üçüncü ölkələrdə aparılmasına ehtiyac görmür”.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

“Ermənistanla danışıqların növbəti raundunun tarixini hər iki tərəfin xüsusi nümayəndələri müəyyən edəcək. Biz danışıqların Türkiyə və Ermənistanda baş tutmasını istəyirik. Onların üçüncü ölkədə keçirilməsinə ehtiyac yoxdur”, – mənbə bildirib.

Xatırladaq ki, Ermənistan və Türkiyə münasibətlərin normallaşdırılması məsələlərini müzakirə etmək üçün xüsusi nümayəndələr təyin ediblər. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*