“Deməli, onlar vəzifədə olmadıqlarına görə etiraz edirmişlər”backend

"Deməli, onlar vəzifədə olmadıqlarına görə etiraz edirmişlər"

Ermənistanda inqilab küçələrdən hakimiyyətə gələnlər üçün göydəndüşmə olub.

KONKRET.az xəbər verir ki, yerli müxalifət mediası vaxtaşırı Paşinyan və onun komandasının sürətlə varlanmasından yazır, əmlaklarının siyahısını dərc edir.

Belə deputatlardan biri də “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Davit Danielyandır.

Erməni KİV yazır ki, inqilabdan sonra Davit Danielyan İrəvanın Kanaker inzibati rayonunda yaşayış binasında 2 mənzil alıb. Danielyan 2015 və 2021-ci illərdə Kotayk rayonunun Nurnus qəsəbəsində 1 fərdi yaşayış evi və torpaq sahəsi əldə edib. 2021-ci ildə Danielyan 2012-ci il istehsallı Kia markalı avtomobil alıb. Deputatın pul vəsaiti 8 milyon dram, illik gəliri isə 15 milyon 197 min dram təşkil edib.

Danielyanın gəlirinin 7 milyon 766 mini deputat maaşıdır. Danielyana Artak Xaçatryandan 18 min avro daxil olub. Pul nəyin müqabilində verilib, bəlli deyil.

Xatırladaq ki, Davit Danielyan parlamentdə olarkən Roma Əsasnaməsinin ratifikasiyası ilə bağlı səsvermədə iştirak etməyən deputatdır. Həmçinin, o, dostlarını işə götürməklə tanınır. Məsələn, əvvəllər direktor müavini vəzifəsində çalışan dostu Armen Hovhannisyan indi Tarix-Mədəniyyət Qoruğu və Ətraf Mühitin Mühafizəsi Xidmətinin direktorudur. Armen Ovannisyan qubernator aparatının rəhbəri Araik Arutyunyanın yaxın dostu, Danielyan isə Araik Arutyunyanın xaç oğludur.

“Kratos” MMC-nin yeganə sahibi və direktoru deputat Davit Danielyanın həyat yoldaşı Ani Antonyandır.

Onu da əlavə edək ki, Ani Antonyan dövlətdən maliyyələşən İctimai Televiziyada işləyir. O, İctimai Televiziyadan 1 milyon 800 min dram maaş alıb. Deputatın həyat yoldaşı 10 min dolları nağd şəkildə bəyan edib, bank hesabındakı qalıq isə 1 milyon 500 min dram təşkil edib.

İnqilab hökuməti “qardaş-tanış-dost” institutunun inkişafı ilə belə məşğul olur. Deməli, onlar Koçaryan-Sarkisyan hakimiyyəti illərində vəzifədə olmadıqlarına və tanışlarını işə götürə bilmədiklərinə görə etiraz edirmişlər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*