Əvvəllər deputatlar xaricə gedərkən diplomatik pasportdan istifadə etməklə ailə üzvlərini özləri ilə apara bilirdilər.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı danışıb. O, konkret olaraq bundan şikayətlənib: “Deputat özü səyahət etməsə belə, onun ailə üzvləri hava limanının VİP zalından istifadə edə bilərdilər. İndi yalnız mən onlarla uçsam, istifadə edə bilərlər. Nədən deputatlara belə münasibət olmalıdır?”.