DİN-dən tanınmış jurnalistin paylaşımına REAKSİYAbackend

DİN-dən tanınmış jurnalistin paylaşımına REAKSİYA

Daxili İşlər Nazirliyi (DİN) jurnalist Aygün Muradxanlının bank dələduzları ilə bağlı paylaşımına münasibət bildirib.

KONKRET.az-ın məlumatına görə, DİN-in KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib nazirlik jurnalistin paylaşımını nəzarətə götürüb:

“DİN jurnalistə təşəkkür edib, məsələ nəzarətə götürülərək araşdırılır”, – o vurğulayıb.

Qeyd edək ki, jurnalist A.Muradxanlı sosial şəbəkələrdə paylaşım edərək ona bir nəfərin zəng etdiyini, bank köçürmələrinin dəqiqləşdirməsi üçün bank hesabı istədiyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*